Xəyyam Allahverdiyev fəxri kürsünün ən yüksək pilləsində

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə oğlanlarda körpücük üzərinə çəkisi 30 kq-a qədər olan yeniyetmələr çıxıblar.

Şamaxı atleti Xəyyam Allahverdiyev toplam 74 kq (31+43) nəticə çempion olmağı bacarıb. Sonrakı pillələri müvafiq olaraq 71 kq (32+39) nəticə ilə Əli Məmmədov və 67 kq (29+38) nəticə ilə Nihat Zairov tutub.

30 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Allahverdiyev Xəyyam 2007 Şamaxı Zirvə 28.7 31 43 74
2. Məmmədov Əli 2007 Goranboy Zirvə 30.0 32 39 71
3. Zairov Nihat 2006 Bakı Təhsil 28.2 29 38 67
4. Əliyev Lətif 2008 Qazax Zirvə 28.7 29 37 66
5. Zairov Nicat 2006 Bakı Təhsil 26.8 27 37 64
6. Xəlilov Elmir 2009 Lənkəran Zirvə 30.0 29 32 61
7. Əsədov Eltun 2009 Goranboy Zirvə 27.1 25 30 55
8. Hüseynov Tunar 2009 Goranboy Zirvə 29.6 23 31 54
9. Eyvazov Riyad 2008 Lənkəran Zirvə 27.8 23 28 51
10. Aslanov Asəf 2008 Lerik Zirvə 29.8 21 29 50
11. Səmədli Real 2009 Neftçala Zirvə 27.4 21 25 46
12. Məhərrəmov Hikmət 2009 Qazax UGİM 27.0 20 25 45

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE