Volodimir Hoza çempionatın qalibidir!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci Dünya Çempionatı davam edir. Azərbaycanla birlikdə 12 ölkədən gələn atletlərin qatıldığı yarışda estafeti kişilər alıblar. Onlar ilk olaraq yaşı 20-yə qədər olan atletlərin qalibi adını müəyyənləşdiriblər.

Bu il gənclər arasında dünya çempionatının gümüş medalçısı olmuş Volodimir Hoza favorit adını təsdiqləyib. “Jidaçiv-Zirvə” atleti birdən nə birdən, nə də təkanla qaldırmada rəqib tanımayıb. Ukraynalı idmançı toplam 375 kq (170+205) nəticə ilə 421 Sinkleyr xalı qazanıb və qızıl medala sahib çıxıb.

Gümüş medalı “Kişinyov-Zirvə”nin nümayəndəsi Krihan Daniel boynundan asıb. Moldovalı atlet toplam 302 kq (135+167) nəticə və 383.1 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı.
Bürünc medala “Tbilisi-Zirvə” atleti Georgi Çxeidze sahib çıxdı. Gürcü idmançı toplam 348 kq (155+193) nəticə göstərdi və 375.4 Sinkleyr xalı ilə fəxri kürsüdə yer aldı.
Təbrik edirik!

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Hoza Volodimir Jidaçiv 97.70 170 205 375 421.0
2. Krihan Daniel Kişinyov 76.00 135 167 302 383.1
3. Çxeidze Georgi Tiflis 109.10 155 193 348 375.4
4. Skulimovski Mateuş Terespol 84.10 140 160 300 360.4
5. Rüstəmov İsa Goranboy 59.70 110 130 240 356.7
6. Əliquliyev Kənan Lənkəran 73.10 115 140 255 330.9
7. Rəhimov Renat Minsk 69.00 115 130 245 329.5
8. Azizi Amir Ərdəbil 86.10 120 143 263 312.3
9. Mironov Konstantin Kazan 71.40 94 114 208 273.8
10. Usubov Fərid Neftçala 63.80
11. Tağızadə Ceyhun Lənkəran 81.60 140

Çempionatın keçirilməsində məqsəd klublarımız arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunmasıdır.
Yarışa gəlmə günü 25 dekabr, getmə günü isə 29 dekabr 2015-cı il olaraq müəyyən edilmişdir. Dünya çempionatında Azərbaycan, Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Bolqarıstan, İsrail, İrandakı “Zirve İnternational Sport Clubs”-ın həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirilir:

1. Kişilər

  • a) U-20 (yaşı 20-yə qədər olanlar)
  • b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar

  • a) U-17 (yaşı 17-yə qədər olanlar)
  • b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyacaq. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olunacaqlar. Komanda yarışlarında I-VI yerləri tutan klublar mükafatlandırılacaqlar. Qalib və mükafatçı idmançılar və komandalar “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.

SHARE