VI Zirvə Oyunları üzgüçülük və cüdo yarışları ilə start götürdü

AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI start götürüb.

Ənənə halını alan yarışlarda bu ilə qədər 4 idman növü yer alırdısa, bu il bu say 5-ə yüksəlib. Zirvə Oyunları çərçivəsində üzgüçülük və cüdo yarışları artıq baş tutub. Üzgüçülük yarışında 40-dən çox yeniyetmə qalib adı uğrunda mübarizə aparıb və sonda fərqlənənlər diplom və medallarla təltif ediliblər.

Daha bir maraqlı yarış isə cüdoda reallaşıb. Burada iştirakçı sayı da kifayət qədər idi. Ümumilikdə, Respublikanın şəhər və rayonlarından 130-dək cüdoçu iştirak edib. Qaliblərə isə diplom və medallar təqdim olunub.

Müsahibin sözlərinə görə, ənənəvi olaraq keçirilən Zirvə Oyunları cüdo idman növündə kütləviliyinin artmasına böyük təkan verib.

Qeyd edək ki, may ayının 5-də VI Zirvə Oyunları çərçivəsində karate yarışları, may ayının 12-13-də isə bədii gimnastika və ağır atletika yarışları baş tutacaq.

 

 

SHARE