VI Zirvə Oyunları çərçivəsində bədii gimnastika yarışları keçirildi

AAAF Park Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan VI ZİRVƏ OYUNLARI davam edir. Üzgüçülük, cüdo və karate üzrə yarışlardan sonra bu gün Kompleksin yarış zalında bədii gimnastika üzrə yarışlar keçirilib. Bu yarışlarda 130-dan çox yeniyetmə iştirak edərək alətsiz, halqa, top, ip, lent və gürzlərlə məharətlərini nümayiş etdiriblər.

Bu yarışda ilk 3 yeri tutan yeniyetmə gimnastlara diplom və medallar təqdim edilib. Qalib gələnlər sevinc hisslərini AAAF Tv ilə də bölüşüblər.

Qeyd edək ki, VI Zirvə Oyunları çərçivəsində sabah ağır atletika üzrə yarış baş tutacaq.

SHARE