VI Zirvə Oyunları ağır atletika yarışları ilə yekunlaşdı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan VI ZİRVƏ OYUNLARI ağır atletika yarışları ilə başa çatıb. AAAF Parkın yarış zalında 4 yaş qrupunda 50-yə yaxın yeniyetmə atlet körpücük üzərinə çıxıb. Hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyən edilib.

Qeyd edək ki, “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE