Veteran “Zirvə”çilər Avropa Çempionatında uğur qazandılar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən 26-cı kişilər və 24-cü qadınlar arasında veteran ağır atletlərin Avropa çempionatı başa çatıb. 21 ölkədən 139 idmançının qatıldığı bu yarış yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunub. Azərbaycan yığma komandası 22 medal qazanıb ki, onlardan 12-si qızıl, 7-si gümüş, 3-ü isə bürünc medaldır. Yığmamıza medal qazandıran idmançılar arasında “Zirvə” idman klubunun veteran atletləri də olub. Avropa çempionatının 2-cisi olan “Zirvə”çi Rasim Orucov əməkdaşımızla söhbəti zamanı idmançı karyerasından danışıb. Daha sonra Orucov veteran idmançı kimi qatıldığı yarışlardan söz açıb. Avropa çempionu olan “Zirvə”nin veteran idmançısı və məşqçisi Anar Qasımov idmançı olduğu dönəmlərdə bu cür imkanların olmadığını deyib və Naxçıvanda keçirilən çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edək ki, “Zirvə”nin veteran idmançılarından Vladimir Jlyayev, Salih Suvar, Akif Rəhimov, Teymur Əliquliyev, Emil Əliyev 1-ci, Ağalar Muxtarov 2-ci, Murad Nəsrullayev isə Avropa çempionatında 3-cü olub

SHARE