“V Zirvə Oyunları”nda cüdo yarışları keçirildi

AAAF PARK Yaşayış Kompleksinin yarış zalında yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunan “V ZİRVƏ OYUNLARI”  davam edir. Ağır atletika yarışlarının ardınca, cüdo üzrə də yarışlar baş tutub.  9 çəki dərəcəsi üzrə qalib gələnlərə diplom və medallar təqdim olunub.

Qeyd edək ki, “Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE