“V Zirvə Oyunları” çərçivəsində bədii gimnastika yarışları keçirilib

“AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “V ZİRVƏ OYUNLARI” çərçivəsində bədii gimnastika yarışları keçirilib. Burada 70-ə yaxın idmançı qüvvəsini sınayıb və ilk üç yeri tutanlara diplom və medallar təqdim olunub. Bildirək ki, bu yarışdan öncə ağır atletika və cüdo üzrə yarışlar da baş tutub.

Qeyd edək ki, “Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE