V Zirvə Oyunları ağır atletika yarışları ilə start götürdü

“AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “V ZİRVƏ OYUNLARI” ağır atletika yarışları ilə start götürüb. Bu yarışlarda ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunublar. “V ZİRVƏ OYUNLARI” çərçivəsində may ayının 6 –da cüdo, may ayının 9-da isə bədii gimnastika yarışları da baş tutacaq.

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE