AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən “Zirvə” Uşaq Bağçası övladlarınız üçün bütün növ xidmətləri təklif etməyə çalışır. Onlardan biri də üzgüçülük dərsləridir.
Bağçanın nəzdində fəaliyyət göstərən “Zirvə Uşaq İdman Akademiyası” çərçivəsində bu xidmət sizə təqdim edilir. Hovuzun ölçüsü Olimpiya standartının yarısı, yəni 25 metrdir. Belə hovuzlarda həm dərslərin, həm də kiçik yarışların keçirilməsi mümkündür.

Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi. Qədim Yunanıstanda zaman-zaman üzgüçülük yarışmaları təşkil edir, Romalılar hamamlardan ayrı olaraq üzmə hovuzları düzəltdirirdilər. Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr edilmişdir.

Bütün bunlar üzgüçülüyün çox vacib bir təhsil və tədris elementi olduğuna işarədir. İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır. Bununla yanaşı, üzgüçülüyün immunitet sistemini gücləndirdiyi, metabalizmanın müntəzəm qaydada işləməsinə şərait yaratdığı qan dövranı sistemini, urəyin fəaliyyətini yaxşılaşdırdığı bildirilir.

“Zirvə Uşaq İdman Akademiyası” sizi üzgüçülük hovuzumuzdan yararlanmağa dəvət edir.

İdman xəbərləri