1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ənənəyə uyğun olaraq AAAF Park Yaşayış Kompleksi hər il bu günü təmtəraqla qeyd edir, balacaların bayramına bayram qatır. Bu dəfə də belə olacaq. İyun ayının 1-i, saat 16:00-da Kompleksin daimi konsert məkanında keçiriləcək böyük bayrama sizi də dəvət edirik. Konsertdə tanınmış ifaçılar Nadir bayramlı, gitaraçı Nuray, Elvin Mirzəzadə, Şadi, ART qrupu, AAAF Parkın ifaçıları Tural və Esmira dueti, uşaqlardan ibarət “Avantaj” qrupu, həmçinin fiziki məhdudiyyətli Bəhlul Tufanlı və Mehman Talıbov oxuyaraq qonaqları feyziyab edəcəklər. Bununla yanaşı, “Köpük şou” və “Şar şou” konsertə toplaşan balacalarımıza xoş anlar yaşadacaq. Hamınızı AAAF Park Yaşayış Kompleksinin təşkilatçılığı ilə keçiriləcək bu konsertə baxmağa dəvət edirik. Həm özünüz, həm də övladlarınızı sevindirin, bu şansı qaçırmayın!