AAAF Park Yaşayış Kompleksində yerləşən uşaq bağçası övladlarınız üçün ideal məkandır. Bütün əyləncə imkanları, uşaq idman akademiyası çərçivəsində idmanla məşğul olmaq, həyata sağlam addım atmaq şansı verilir.

Bağçamızda uşaqların keyfiyyətli qidalanması üçün ən yaxşı məhsullardan yeməklər hazırlanır.

Rəngərang dizayna malik yataq otaqlarındakı orijinal ideya ilə hazırlanmış çarpayılarda övladlarınız tam yuxusunu ala biləcək, yeni enerji ilə günlərinə davam edəcəklər.

Nəqliyyat-servis xidməti (fərdi və qrup) balacaların evdən gətirilib-aparılmasını təmin edir ki, bu da sizin rahatlığınız üçün hesablanıb.
Peşəkar tərbiyəçilər müxtəlif tədris vasitələri ilə övladlarınızın həm geniş dünyagörüşünə malik olmasına, həm də məktəbə tam hazır vəziyyətinə gətirilməsini təmin edəcəklər. Onların içərisində ingilis və rus dillərinin tədiris, müxtəlif fənnlər üzrə məşğələlər, muiqi və əmək dərslərini fərqləndirmək olar.

Bununla yanaşı, bağçamızda psixoloq-loqoped xidməti və peşəkar həkim məsləhəti də almaq mümkündür.

Mütəmadi keçirilən müxtəlif tədbirlər balacaların şən vaxt keçirməsi üçün böyük imkandır.

İdman Akademiyamızda uşaqlar gimnastika, cüdo, üzgüçülük və şahmat dərsləri məşğul olacaq, gələcəkdə həm zehni, həm də fiziki cəhətdən inkişaf edə biləcəklər.

Övladlarınızı bizə etibar edin!

Əlaqə üçün telefon:
*6464, (012) 310 0 410

Zirvə bağçası