Uşaq Əyləncə Mərkəzi açıldı

Bu həftə AAAF PARKDA daha bir möhtəşəm açılış baş tutdu. Bu dəfə sevinən tərəf uşaqlar oldu. Açılışa 100 dən çox uşaq qatıldı ki, bu da tədbiri bir qədərdə möhtəşəm edirdi.

Rəmzi lent kəsildikdən sonra açılışın rəsmi hissəsinə start verildi və təqribən ərazisi 1500 kv m – dən böyük bir əyləncə mərkəzi uşaqların ixtiyarına verildi. Tədbiri Space Tv – nin” Mən Böyümüşəm” verilişinin aparıcısı Elnarə xanım aparırdı.Səhnə uşaqların ixtiyarinda idi.

Milli və müasir rəqs qrupları, gənc ifaçıların musıqı nömrələri və sonda sabun köpük şousu uşaqların bu gününü unudulmaz etdi. Xəbəriniz olsun ki, AAAF PARK – UŞAQ ƏYLƏNCƏ MƏRKƏZİNDƏ ən müasir oyun apparatlari və atraksionları fəaliyyət göstərir.

Mərkəzin fast food bölümündə isə biri birindən dadli təamlari dada bilərsiniz. Bundan başqa mərkəzdə siz övladlarınızın ad günlərini və digər əlamətdar günləridə qeyd ede bilərsiniz. Siz istirahət edin, biz sizə xidmət edək .

Əgər övladlarınıza xoş anlar bəxş etmək istəyirsinizsə onları mutləq AAAF PARK UŞAQ ƏYLƏNCƏ mərkəzinə gətirin.

Uşaq Əyləncə Mərkəzindən video görüntü

 

Uşaq Əyləncə Mərkəzindən foto görüntü

[nggallery id=25]

SHARE