Uşaq Akademiyası hazırlıq kursundan maraqlı yarışma

AAAF Parkın nəzdində fəaliyyət göstərən “Uşaq Akademiyası” hazırlıq kursu balacalar və məktəblilər arasında növbəti maraqlı tədbir təşkil edib. Onlar burada “Bacarıqlı əllər” və “Mətbəx” rubrikaları üzrə məharətlərini nümayiş etdiriblər. Bundan başqa, müxtəlif yarışmalar da təşkil edilib ki, bu da uşaqların xoş vaxt keçirməsinə səbəb olub. Maraqlı yarışmaları valideynlər də diqqətlə izləyib və övladlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan bu tədbiri yüksək qiymətləndiriblər.

“Uşaq Akademiyası” hazırlıq kursu bu tipli tədbirləri ay ərzində bir neçə dəfə keçirir.

SHARE