Universal ağır atletika zalı istifadəyə veriləcək

“Zirvə” Beynəlxalq İdman Klubları və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) sağlam həyat tərzi və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və inkişafı istiqamətində addımlarını atmaqda davam edir.
Bunlardan biri də şəhərin Azadlıq prospektində inşa edilmiş universal ağır atletika zalıdır. Yaxın gülərdə istifadəyə verilməsi planlaşdırılan bu zalda ağır atletika, bodibildinq, pauerliftinq, krossfit və fitnesslə məşğul olmaq üçün bütün şərait yaradılıb.

Məkan ən müasir avadanlıqlarla təchiz olunub, hər idman növünə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, müxtəlif güc idman növlərində uğur qazanmış atletlər, təcrübəli həkim və masajçılar, məşqçilər çalışacaqlar.

Burada məşğul olan hər kəs həm sağlamlığını yaxşılaşdırmaq, həm də “Zirvə”nin beynəlxalq klublar sistemi vasitəsilə beynəlxalq səviyyəli yarışlarda iştirak etmək imkanı qazanmaq şansı əldə edəcəkdir.

Hamınızı bu zalımıza baş çəkməyə dəvət edirik!

Ünvan: Azadlıq prospekti, 154
Əlaqə telefonu: (050) 724 73 72

SHARE