Dünən AAAF Park Yaşayış Kompleksində daha bir əlamətdar hadisə baş tutdu. Nəhayət, sentyabr ayından davam edən kampaniyanın final həyəcanı yaşandı. Əsas mükafat – AAAF PARK Yaşayış Kompleksində 1 otaqlı mənzil sahibini gözləyirdi.
Bundan başqa 250 manatdan başlayan pul uduşları da mənzil udmayan lotereya iştirakçıları üçün təsəlli olacaqdı. Xatırladaq ki, bu kampaniyada iştirakçı olmaq üçün 2013-cü il sentyabrın 1-dən dekabrın 31-dək AAAF Park Yaşayiş Kompleksində fəaliyyət göstərən Brend mağazaların hər hansi birindən ən azi 50 manat dəyərində alış-veriş etmək lazım idi. Hər 50 manat üçün alıcıya bir kupon verilirdi. Final mərhələsinə kupon sahibi olan iştirakçılar dəvət olunmuşdular.
Kampaniyanin komissiya üzvləri tamaşaçılara təqdim olunduqdan sonra bütün mağazalardan yığılan kuponlar, şəffaf bir qutuya yığıldı. Uduşlu kuponu qutudan çıxartmaq missiyasi elə tamaşaçılardan birinə həvalə olundu.
Kampaniyanın qalibi adını İsgəndərova Gülşad Həsən qızı qazandı. O, AAAF PARK Yaşayış Kompleksində 1 otaqlı mənzilə sahib çıxdı. Təbrik edirik!
Yaxın gələcəkdə AAAF PARK Yaşayış Kompleksində yeni uduş kampaniyaları ilə sizi sevindirməkdə davam edəcəyik. Sizə kiçik bir sirr açaq: növbəti kampaniyanın əsas mükafatı mükəmməl bir avtomobil olacaqdır. Odur ki, bizdən yeni xəbərlər gözləyin.
Ancaq hədiyyələrimiz bununla bitməyib. Kupon sahibləri arasında pul lotereyası da keçirilib. 1 nəfər 250, 1 nəfər 100 manat, 10 nəfər isə 50 manat məbləğində mükafat qazanıb. Həmin şəxslərin siyahısını sizə təqdim edirik:
Məbləğ (AZN) |
Qalib |
Bilet N |
250 | Hikmət Nəsirov | 00010 |
100 | Rafail Teymurov | 001149 |
50 | Fehruz Məmmədov | 01122 |
50 | Fəzail Hüseynov | 00643 |
50 | Nazim Datdayev | 02560 |
50 | Zümrüd Məmmədova | 00496 |
50 | David Fərzəliyev | 04021 |
50 | İbrahim Seyhan | 00873 |
50 | Peyman İmanov | 00685 |
50 | Səbinə Səmədova | 00607 |
50 | Sadiq Verdiyev | 02337 |
50 | İlkin Əliyev | 01963 |