Türkiyə Ağır Atletika Federasiyasından Tofiq Heydərova təşəkkür mükafatı verildi!

“Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərovun gördüyü işlər yüksək qiymətləndirilməkdə davam edir. Bugünlərdə baş verən bir hadisə də buna bir sübutdur.

Türkiyə Ağır Atletika Federasiyasının (TAAF) prezidenti Tamer Taşpınar klubumuzun prezidenti Tofiq Heydərovla görüşüb. Çox səmimi görüşdən və söhbətdən sonra təqdimetmə mərasimi olub. TAAF rəhbəri 16-19 oktyabr tarixlərində “Zirve İnternational Sport Clubs”-a məxsus olan Ankara Altın Akarsu İdman Zalında keçirilən böyüklər arasında ağır atletika üzrə Türkiyə çempionatının təşkilində çəkdiyi zəhmətə, verdiyi dəstəyə görə klubumuzun prezidentinə təşəkkür plaketi verib.

Bu, klubumuzun prezidenti, onun gördüyü işlərə verilən böyük dəyərdir. Rəhbərimiz Tofiq Heydərovu bu münasibətlə təbrik edir, işlərində daha böyük müvəffqəiyyətlə qazanmasını arzulayırıq!

SHARE