“Tuado” kotteclərində yenilik var

AAAF Parkın nəzdində “Tuado” Otellər Şəbəkəsinə daxil olan kotteclərdə yenilik edilib. Belə ki, Müqəddəs Ramazan ayından sonra standart qiymətlərə keçid olunub. Artıq kotteclərdə gecələmə bir nəfər üçün otuz manat təşkil edir.

Qiymətə “Zirvə” restoranında səhər yeməyi daxildir, müştərilər səhər 7-dən günorta 12-yə qədər bu xidmətdən yararlana bilərlər. 1-15 yaş aralığında uşaqlara isə 20 manat dəyərində bonus kartlar təqdim olunur. Balacalar bonusdan AAAF Parkın əyləncə mərkəzlərindəki və digər attraksionlarında istifadə edə bilər. “Tuado” Otellər Şəbəkəsinin direktoru Cavid Cəbiyev AAAF TV-yə müsahibəsində kotteclərlə bağlı yeniliklərdən söhbət açıb.

Cavid bəy 7 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmadığını, 7 yaşdan 12 yaşa qədər uşaqlar üçün isə 50 % endirim edildiyini bildirdi. AAAF Parkın daxilində, sakit və təmiz mühitdə dincəlmək istəyirsinizsə, yay istirahətinin unikal məkanı – “Tuado” kottecləri xidmətinizdədir.

SHARE