“Tuado” kottecləri böyük marağa səbəb olub

AAAF Park Yaşayış Kompleksində yay istirahətlərinin fərqli məkanı – “Tuado” otellər şəbəkəsinə daxil olan kotteclərlə bağlı kampaniya böyük müştəri marağına səbəb olub. Belə ki, iş yerlərinə yaxın məsafədə istirahət düşərgəsi axtaran insanlar sərfəli qiymətləri də nəzərə alaraq AAAF Parka üz tutublar.

Həftəiçi hər adama 1 gün üçün ödəniş 19 manat, həftəsonu isə 23 manat təşkil edən kottec tipli otellər ailəvi istirahət baxımından əlverişli ərazidə yerləşir. Kotteclərdə istirahət edən ailələr məkandaxili şəraitdən kifayət qədər razı qalıblar. Ailənizlə əyləncə dolu bir yay istirahəti yaşamaq istəyirsinizsə, AAAF Parkda yerləşən Tuado kottecləri axtardığınız məkandır.

SHARE