Tofiq Heydərov: “Prezident İlham Əliyev və xanımı AAAF Parkın layihələrinə uğurlar arzuladı”

Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi başa çatıb. Mötəbər tədbirdə iştirak edən AAAF Park Yaşayış Kompleksinin layihələrinə sərginin son günündə də böyük maraq olub. Sərgi iştirakçıları “AAAF Park Xırdalan”, “AAAF PARK Gənclər Şəhərciyi” və “AAAF Park Astara” layihələri ilə geniş şəkildə tanış olmaq imkanı qazanıblar. AAAF Holdinqin təsisçisi Tofiq Heydərov müsahibəsində bu sərginin şirkət üçün çox uğurlu olduğunu bildirib.

Tofiq Heydərov müsahibə zamanı qeyd edib ki, sərginin ikinci günündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva AAAF Park Yaşayış Kompleksinin stendinə baş çəkib, layihələrə uğurlar arzulayaraq tövsiyə və tapşırıqlarını verib. Holdinqin təsisçisi növbəti belə mötəbər sərgilərdə AAAF Park Yaşayış Kompleksinin iştirakının nəzərdə tutulduğunu da bildirib.

Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, daha 10 ölkənin tikinti və inşaat layihələri yer alıb.

SHARE