“Titanların döyüşü”ndən Dadaş Dadaşbəyli qalib ayrıldı!

“9-cu Zirvə Kuboku”nda səbrsizliklə gözlənilən qrupda yarışlar keçirildi. Astara Olimpiya İdman Kompleksində qurulan dünya səviyyəli platformada həqiqətən yüksək səviyyəli atletlərin – əsl “titanların döyüşü”nə şahidlik edildi. Xüsusilə, Azərbaycan millisinin üzvlərinin uğurlu çıxışı bizləri sevindirdi.

Bürünc medal Firudin Quliyevə qismət oldu. “Goranboy-Zirvə” atleti, ümumilikdə 330 kq (140+190) çəkinin öhdəsindən gəldi və toplam 434.9 xalla üçüncü yeri tutdu. İkinci yerdə “Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşdı. O, toplam 315 kq (140+175) və 441.7 xal əldə edə bildi.

Çempion adını isə Dadaş Dadaşbəyli qazandı. “Qobustan-Zirvə” atleti gərgin mübarizədə qalib gəldi. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kq-ın öhdəsindən gəldi. Toplam 397 kq nəticə və 442.4 Sinkleyr xalı toplayan Dadaşbəyli zirvədəki yerini tutdu.

Təbrik edirik!

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. Dadaş Dadaşbəyli 1996 Qobustan Azərbaycan 99.00 185 212 397 442.4
2. Xristov Valentin 1994 Xırdalan Azərbaycan 64.80 140 175 315 441.7
3. Firudin Quliyev 1994 Goranboy Azərbaycan 71.30 140 190 330 434.9
4. Kaptari Dumitru 1989 Kişinyov Moldova 80.50 155 190 345 424.0
5. Çeşir Sergei 1990 Kişinyov Moldova 71.30 141 170 311 409.8
6. Pipa Artyom 1990 Kişinyov Moldova 81.20 145 190 335 409.8
7. Aleks Li 1988 Finiks ABŞ 70.50 130 175 305 404.8
8. Mahmud Nikso 1994 Ərdəbil İran 105.7 167 200 367 400.2
9. Anatoli Muşik 1981 Beer Şeva İsrail 93.80 155 180 335 382.5
10. Mohsen Dadras 1992 Ərdəbil İran 147.0 172 200 372 375.8
SHARE