Təndir ləzzəti AAAF Parkda!

Bir çoxlarına görə, çörək bişirmə sahəsində nailiyyətlər əldə edilsə də, təndir ən təmiz və sərfəli üsuldur. Ekoloji təmizliyə və keyfiyyətə önəm verən AAAF Park Yaşayış Kompleksi də məhz keçmişin ətrinin burada duyulması üçün bu fikirdən yan keçməyib. Burada bir neçə ildir fəaliyyət göstərən təndir öz dadı və keyfiyyəti ilə insanlara xidmət göstərir.

Dədə-babadan yadigar qalan sənətini məhz AAAF Parkda Təndirdə davam etdirən Xanım Səmədova AAAF TV-yə müsahibəsində təndirdə çörək və başqa məhsulları bişirməyin incəlikləri barəsində danışıb. O, deyib ki, təndirdə çörək və ya digər məhsulların bişirmə, hətta təndirin yandırılması qaydası belə fərqlidi. Bunu bilmək üçün təcrübə, bacarıq gərəkdirir. Dad da öz yerində…

Qeyd edək ki, AAAF Park Astarada daha bir möhtəşəm təndirin tikintisi ötən il başa çatıb. Hündürlüyü 6,5 m, diametri 12 m olan təndir dünyanın ən böyük təndirləri sırasındadır.

SHARE