Tələsin: “AAAF Park”da endirimli Payız kolleksiyası!

“AAAF Park”da yerləşən brend mağazalar dəb ilə incəsənətin, dizayn və musiqinin ahəngini özündə əks etdirən yeni “Payız 2014” kolleksiyasını təqdim edirlər. Bu kolleksiya ilə siz payızın bütün rənglərini və trendlərini hiss edə biləcəksiniz. Öz sakin və qonaqları üçün həmişə ən yaxşısını təqdim etməyə çalışan “AAAF Park Yaşayış Kompleksi” zövqlə və dəbə uyğun geyinmək, dünyanın ən məşhur brendlərindən istifadə etmək imkanı əldə etmək istəyənlər gözəl şəraitlə təmin edilib.

Belə ki, “AAAF Park” ərazisindəki mağazalardan “Leke Jeans”, “Polaris”, “Armine”, “CONS” mallara 10% endirim elan edilib. Bu mağazalarda keyfiyyətli məhsullar əldə etmək şansınız var. Payız kolleksiyası bütün dəb sevənlər üçün mükəmməl seçim olacaq.

AAAF Parka dəblə geyinməyə tələsin!

SHARE