“Tazedo”nun daha bir satış mağazası açıldı

2016-cı il noyabrın 4-də İstanbulda rəsmi açılışını edərək Türkiyə mətbəxinə daxil olan “Tazedo”nun 2017-ci il fevralın 10-da daha bir satış mağazasının açılışı gerçəkləşib. Sultanbeyli məhəlləsində yerləşən mağazada əvvəlcə açılış məqsədilə qurbanlar kəsilib,dualar oxunub, daha sonra xoş söz və alqışlarla qırmızı lent kəsilib.

Satış mağazasının açılışına təşrif buyuran Türkiyə və Azərbaycanlı iş adamları burada yaradılan şəraitlə tanış olublar, sonra onlar müxtəlif yeməklərə qonaq edilib. “Tazedo” mətbəxinin çox ləziz olduğunu dilə gətirən qonaqlar mağazanın fəaliyyətinə uğurlar arzu ediblər.

“Tazedo”nun əsas qurucu ortaqlarından olan İlham Abbasov AAAF Tv-yə müsahibəsində yeni satış mağazasının açılışına gələnlərə təşəkkürünü bildirib və “Tazedo”nun qarşıdakı hədəflərindən danışıb.

İlk iş günündə mağazaya gələn çoxsaylı müştərilər ləziz təamlardan dadmaq imkanı əldə ediblər, onlar “Tazedo” mətbəxinin çox dadlı olmasından və göstərilən xidmətdən ağız dolusu danışıblar.

30-dan çox yarımfabrikat məhsulları – mantı, küftə, dolma və Türk mətbəxinin yerli yeməklərini özündə ehtiva edən məhsulları dadmaq üçün gediləcək birinci ünvan məhz “Tazedo”dur! Bu məhsullar böyük bir dad və ləzzət dünyasıdır. Əgər yolunuz İstanbuldan düşərsə, “Tazedo”nun Sultanbeylideki satış mağazasına yollanın və yüksək keyfiyyətlə ərsəyə gələn o ləziz təamlardan dadmaq şansını qaçırmayın!

SHARE