Tanınmış türkiyəli pedaqoq Taci Şəntürkün AAAF Parkda seminarı olacaq

“Dərsimiz ailə, mövzumuz uşaq tərbiyəsi” İyunun 12-si, saat 11:00-da AAAF Park Yaşayış Kompleksində Azərbaycanda fəaliyyət göstərən tanınmış türkiyəli pedaqoq Taci Şəntürkün seminarı keçiriləcək. Tədbir Kompleksin akt zalında baş tutacaq. Taci Şəntürk Türkiyənin Kırıkkale şəhərində anadan olub, Ankara Universitetinin Psixoloji Məsləhət və Rəhbərlik fakültəsində təhsil alıb. Hazırda uşaq və yeniyetmə pedaqogikası üzrə doktorantura təhsili alır. Şəntürk Türkiyənin bir çox şəhərlərində və müxtəlif ölkələrdə ailə, məktəb, təhsil, uşaq mövzularında onlarla seminarlarda çıxış edib. AAAF Parkda keçiriləcək seminarda ailədaxili münasibətlər, uşaq tərbiyəsində sevgi, cəza, qayğı və s. psixoloji mövzulara toxunulacaq. Seminar zamani sakinlər Taci bəyə ailə, uşaq məsələləri ilə bağlı suallarını səsləndirə biləcəklər. Hamınızı bu seminarda iştirak etməyə dəvət edirik!

SHARE