Tanınmış futbolçu AAAF Fitness Mərkəzinin qonağı oldu

CBC Sportda yayımlanan və AAAF Park Yaşayış Kompleksinin baş sponsorluğu ilə ərsəyə gələn “Qaliblər” layihəsinin növbəti qonağı Azərbaycan futbolu üçün tanınmış sima, bir neçə klubların, o cümlədən milli yığmanın şərəfini qorumuş Ruslan Əmircanov olub. O verilişdə karyerası ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Bundan başqa, layihədə qonağın istirahət və əyləncəsinə də yer ayrılıb. Futbolçu veriliş çərçivəsində məşq prosesini də təqdim edib. Qonaq məşq üçün bir neçə ay öncə istifadəyə verilən, müasir avadanlıqlarla təchiz olunmuş və hər bir şəraitə malik AAAF Fitness Mərkəzində olublar. Ruslan Azadlıq prospekti, 154 ünvanında yerləşən məkan barədə olduqca xoş fikirlərini səsləndirib, buranın məşq üçün ideal mərkəz adlandırıb.

SHARE