Tanınmış fitness məşqçiləri “Zirvə” fitness mərkəzinin qonağı oldular

Azərbaycanın sayılıb seçilən fitnes məşqçiləri ötən həftə AAAF Parkda yerləşən və müasir avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istəklərinə cavab verən “Zirvə” fitness mərkəzində olublar. “Vitr” idman mərkəzinin də məşqçiləri olan qonaqlar burada məşq ediblər, həmçinin öz təcrübələrini digər məşqçi və idmançılarla bölüşüblər.

Qonaqlar AAAF TV-ə müsahibəsində AAAF Park Yaşayış Kompleksini və “Zirvə” fitness mərkəzini bəyəndiklərini və gördüklərindən razı qaldıqlarını dilə gətirdilər.

Qeyd edək ki, tanınmış fitness məşqçilərinin “Zirvə” fitness mərkəzinə dəvəti mütəmadi olaraq təşkil ediləcək.

SHARE