Təhsil Nazirliyinin dəstək verdiyi yarışçı beynəlxalq layihə videosunu AAAF Parkda çəkib

Yaşı 13 və 18 arası gənclər üçün keçirilən ənənəvi “Breakthrough Junior Challenge 2020” elmi yarışmaya qatılacaq 130-dan çox ölkənin arasında bu il Azərbaycan təmsilçisi də olacaq. Xırdalan sakini, 9-cu sinif şagirdi Xədicə Balakişiyeva bu nüfuzlu onlayn turnirdə iştirak edərək qələbə qazanmağa çalışacaq. Qaydalara əsasən, yarışmaçılar fizika, riyaziyyat və ya digər elmlər barədə böyük bir ideyanı qısa videoda ingilis dilində izah etməli, maraqlı və əyləncəli olmasına çalışmalıdır. Qalibə ölkə xaricində tanınmış təhsil müəssislərinin birində təhsil alma şansı yaradılacaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi də dəstək göstərdiyi təmsilçimiz yarışda məhz qələbəni hədəfə alıb. O, uğur qazanmaqda israrlıdır. Maraqlıdır ki, Xədicə öz videosunu Xırdalanın ən gözəl məkanı olan AAAF Park Yaşayış Kompleksində çəkmək qərarına gəlib. O, buradakı yaşıllıqlar, idman meydançaları, istirahət və əyləncə obyektlərində kamera önünə keçib, yarış üçün hazırladığı mətni səsləndirib. Qeyd etmək lazımdır ki, xüsusi gözəlliyi ilə seçilən AAAF Parkın belə layihələrə çəkiliş meydanı kimi seçilməsi ilk hal deyil.

SHARE