Layihənin məqsədi:
- Real biznes ideyaları olan yenilikçi insanlara biznes mühitini formalaşdırmaqda dəstək olaraq, gələcəyin potensial idarəçi və biznesmenlərini yetişdirmək.
Layihənin kriteriyaları:
- Biznes ideyaları AAAF Park Yaşayış Komplekslərində yerləşməli və bu kompleksləri əhatə etməlidir.
- Dəqiq, əlçatan və real biznes ideyası olmalıdır.
- İdeyanı verən şəxs, komandasını da müəyyən etməli, ideyası üzrə müvafiq icra və idarə işlərini öz öhdəsinə götürməlidir.
- Hər bir ideya üzrə maksimum sərmayə məbləği 5000 AZN müəyyən olunmuşdur.
Biznes ideyalarının seçilmə qaydası:
- Seçimdə iştirak etmək üçün qeydiyyat formasını doldurmaq lazımdır.
- Görüşlər, qeydiyyat müddətində aparılacaqdır.
- İdeyası bəyənilən şəxslərlə təlim və məşğələlər aparılacaq. Təlim və məşğələlər holdinqin idarəçiləri tərəfindən veriləcəkdir.