AAAF Parkda məşhurların iştirakı ilə növbəti həftəsonu konserti

Ötən həftə AAAF Parkda yerləşən “Zirvə” restoranı ərazisində məşhurların iştirakı ilə növbəti möhtəşəm həftəsonu konserti keçirilib.

Fəvvarə ətrafında baş tutan konsertə Elnar Xəlilov, Ceyla, Əbdül Xalid və başqaları canlı ifalarla maraq qatıb. Konsertin gedişatında Boris, Kübra, Sami Oruc kimi musiqili qonaqlar şən mahnılarla dinləyənləri sevindirib. Gecənin qonaqları konsert və ümumilikdə AAAF Park haqqında təəssüratlarını AAAF TV vasitəsilə çatdırıb.

Xatırladaq ki, yay mövsümü ərzində AAAF Park Yaşayış Kompleksində konsert və şou – proqramlar mütəmadi keçirilir.

SHARE