“Sports” kafe mövsümün açılışını etdi

AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən və ailəvi istirahətin fərqli məkanı olan “Sports” kafe yay mövsümünün açılışını edib. Açılış konsertində sevilən gənc və istedadlı müğənnilər iştirak edib. Onların ifaları məkana toplaşanların zövqünə oxşayıb və alqışlarla müşayət olunub.

Tədbir zamanı maraqlı yarışmalar da keçirilib, qaliblərə hədiyyə kuponları təqdim olunub.

Bildirək ki, “Sports” kafedə mövsüm boyunca musiqili axşamlar təşkil ediləcək. Konsertlərə həmçinin populyar müğənnilərin dəvəti də nəzərdə tutulub.

İstirahətinizi xoş və mənalı keçirmək istəyirsinizsə,bunun üçün  “Sports” kafe ideal məkandır.

SHARE