“Şok bahar endirim”i yekunlaşdı

AAAF Park Mağazalar Şəbəkəsində aprel ayında start verilmiş “Şok bahar endirimi” kampaniyası ötən həftə başa çatdı. AAAF Park Mağazalarında payız-qış mallarına 70%, yaz-yay kolleksiyasına isə 50% endirim tətbiq olundu. May ayının əvvəli üçün yekunlaşması nəzərdə tutulan kampaniya, geniş alıcı kütləsinin istək və tələbini nəzərə alaraq iyun ayının əvvəlinə kimi uzadıldı.

“Şok bahar endirimi” kampaniyasında AAAF Park mağazalar tarixində bir ilk olaraq 70 faizlik endirim elan edilib. Tanınmış brendlərin bir unvanda cəmləndiyi AAAF Park Mağazalar Şəbəkəsi növbəti həftələrdə də yeni endirim kampaniyaları ilə sizi sevindirəcək.

SHARE