Sizi “Buz meydançasına” dəvət edirik!

“AAAF Park Yaşayış Kompleksi”nin “Limu Forest” Əyləncə Mərkəzində yerləşən “Buz meydançası”nda peşəkar müəllim və gülərüzlü personal sizi gözləyir. Onlar sürüşmək istəyən hər kəsi buz üzərində ilk addımlarını atmaqdan tam sərbəst hərəkətlərə qədər təlimatlandırmaq, öyrətməyə hazırdırlar.

Buz üzərində sürüşmək insan sağlamlığı üçün çox faydalıdır. Belə ki, bu zaman insan özünü rahat, stressiz, xoşbəxt hiss edir. Siz əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə, eləcə də ətrafınızdakı insanlara və özünüzə güvən hissini artıra bilərsiniz.

Uşaqlar, həmçinin böyüklər üçün böyük sevinc mənbəyi olan bu məkan, xeyli marağa səbəb olur. Hər gün parkımızın ziyarətçiləri meydançadan istifadə edir, öyrənir, xoş anlar yaşayırlar. Sizi də bu imkandan yararlanmağa dəvət edirik.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) This endpoint requires the 'manage_pages' permission or the 'Page Public Content Access' feature. Refer to https://developers.facebook.com/docs/apps/review/login-permissions#manage-pages and https://developers.facebook.com/docs/apps/review/feature#reference-PAGES_ACCESS for details.
SHARE