Selcan Qarayeva qüvvəsini sınadı

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edir. Onlardan biri körpücük üzərinə çıxıb. Qarayeva Selcan yaşı 15-ə qədər olan qızların mübarizəsində 48 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 50 kq-ı başı üzərinə qaldırıb. O, təkanla qaldırmada 66 kq-ın öhdəsindən gəlib. Toplam 116 kq (50+66) nəticə göstərən Selcan Qarayeva bu çəkidə 7-ci yeri tutub.

SHARE