Səbinə Əzimova yenidən klubumuzun dünya çempionudur!

AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci Dünya Çempionatı başlayıb. Azərbaycanla birlikdə 12 ölkədən gələn atletlərin qatıldığı yarışda körpücük üzərinə ilk olaraq yaşı 17-yə qədər olan qızlar çıxıblar.

Qızıl medal uğrunda maraqlı mübarizə getdi. Ukraynalı, bolqar və azərbaycanlı qızların yarışında həmyerlimiz Səbinə Əzimova qalib çıxdı. “Lənkəran-Zirvə” atleti toplamda 151 kq (68+83) nəticə ilə Sinkleyr cədvəlində 240.2 xal qazandı və bütün rəqiblərini üstələyərək qalib adına sahib çıxdı. O, artıq klubumuzun ikiqat çempionudur.

Gümüş medal yarışlarımızın debütantı Yelizaveta Baranovaya qismət oldu. “Jidaçiv-Zirvə” atleti 202 kq (92+110) nəticə ilə 229.0 xalla ikinci yerə çıxdı.

Bürünc medal isə yarışlarımızın son qalibi Qalya Şatovanın adına yazıldı. O, 156 kq (76+80) nəticə ilə aktivinə 227.0 sinkleyr xalı yazaraq fəxri kürsünün son pilləsinə qalxdı.
Təbrik edirik!

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Əzimova Səbinə Lənkəran 49.70 68 83 151 240.2
2. Baranova Yelizaveta Jidaçiv 83.90 92 110 202 229.0
3. Şatova Qalya Smolyan 55.50 76 80 156 227.0
4. Atakan Zeynəb Ankara 69.50 72 97 169 211.2
5. Hüseynzadə Fidan Lənkəran 62.60 63 78 141 188.2
6. Rzazadə Lalə Lənkəran 51.50 52 69 121 186.8
7. Məmmədova Sona Qazax 63.60 65 75 140 184.9
8. Məhərrəmova Sevər Lənkəran 54.00 57 67 124 184.3
9. Xomyuk Anna Terespol 63.40 60 74 134 177.3
10. Fərəcova Şəfa Lənkəran 44.40 35 45 80 140.8

 

Çempionatın keçirilməsində məqsəd klublarımız arasında beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, ağır atletika idman növünün inkişaf etdirilməsi, güclü klubların və idmançıların müəyyən olunmasıdır.

Yarışa gəlmə günü 25 dekabr, getmə günü isə 29 dekabr 2015-cı il olaraq müəyyən edilmişdir. Dünya çempionatında Azərbaycan, Türkiyə, Moldova, Polşa, Ukrayna, Gürcüstan, ABŞ, Rusiya, Bolqarıstan, İsrail, İrandakı “Zirve İnternational Sport Clubs”-ın həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarışlar aşağıda qeyd olunan yaş qrupları üzrə keçirilir:

1. Kişilər

  • a) U-20 (yaşı 20-yə qədər olanlar)
  • b) 20+ (yaşı 20-dən yuxarı olanlar)

2. Qadınlar

  • a) U-17 (yaşı 17-yə qədər olanlar)
  • b) 17+ (yaşı 17-dən yuxarı olanlar)

Yarış şəxsi və komanda xarakteri daşıyacaq. Qeyd olunan yaş qrupları üzrə I-II-III yerləri tutan idmançılar “Zirve İnternational Sport Clubs”-ın diplom, medal və mükafatları ilə təltif olunacaqlar. Komanda yarışlarında I-VI yerləri tutan klublar mükafatlandırılacaqlar. Qalib və mükafatçı idmançılar və komandalar “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqlar.

SHARE