Səbinə Əzimova Avropa çempionu oldu!

İsveçin Landskrona şəhərində avqustun 1-9-u tarixləri arasında keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir. Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək. Yığmanın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələridir.

Bu gün yaşı 15-ə qədər olan qızların mübarizəsinə klubumuzun atleti Səbinə Əzimova da qoşulub. O, 53 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız birdən qaldırma hərəkətində əvvəlcə 68, sonra 72 kq-ın öhdəsindən gəlib. U-15 qızlar arasında Avropa rekordu olan 75 kq çəki isə təmsilçimizə ram olmayıb. Buna baxmayaraq, Əzimova bu hərəkətdə Avropa çempionu olub.

Təkanla qaldırma hərəkətində Səbinə Əzimova ilk cəhdində 88 kq-ı ram edərək çempionluğa böyük addım atıb. Daha doğrusu, cəmi bir yanaşma onu bu hərəkətdə qızıl medala sahib çıxmaq üçün yetərli olub. Sonra o 91 kq başı üzərinə qaldırıb. 3-cü yanaşmada isə 95 kq-ı qaldırmaq onun üçün çətin olub.

Toplamda 167 kq (72+95) nəticə göstərən “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndəsi Səbinə Əzimova yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

Bu münasibətlə onu təbrik edir, uğurlar arzulayırıq!
Əhsən, Səbinə!

SHARE