Səbinə Əzimova: “2017-ci il mənim üçün çox uğurlu oldu”

Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb. Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Yarışda Səbinə Əzimova hamıdan güclü olaraq qızıl medal qazanıb. Qalib idmançı yarışla bağlı təəssüratlarını AAAF Tv ilə bölüşüb:

“Yarışa çox yaxşı hazırlaşmışdım, əziyyət çəkən məşqçilərimə təşəkkür edirəm. Ümumilikdə isə, 2017-ci il mənim üçün çox uğurlu oldu. Kosovoda keçirən Avropa çempionatında qızıl medal qazanaraq 3 qat Avropa çempionu tituluna yiyələndim, indi də ölkə kubokunda yaxşı çıxış edərək ilk yerin sahibi oldum”.

SHARE