Samovar çayının ləzzətini “AAAF Park”da yaşayın!

“AAAF Park” ziyarətçilərini və qonaqlarını yeni “Limu Tea” adlı məkanında Samovar çayı keyfini yaşamağa dəvət edir.

Azərbaycan xalqının məişətində çay süfrəsi özünəməxsus yer tutur. Çay dəsgahı bizim milli adət-ənənəmizin əsas atributlarındandır. Lənkərandakı boyük samovar abidəsi, Naftalanda samovar formalı bina, xalq bəstəsi olan “Armudu stəkanda çay” mahnısı da ölkəmizdə samovar çayına olan münasibətin təcəssümüdür. Təzə samovar çayının yerini heç nə verməz. Yayda sərinlədən , qışda isidən çay süfrəmizin bəzəyinə çevrilmişdir.

Ümumiyyətlə, XX əsrə qədər dünyada yalnız od samovarlarından istifadə olunub. XX əsrin əvvəllərində isə artıq kerosin samovarları da hazırlamağa başlayıblar. Daha sonralar elektrik samovarları düzəldilsə də, od samovarının əvəzini heç nə verə bilməyib.

Hamınızı “AAAF Park”a dəvət edirik. Gəlin, əsl samovar çayı keyfini bizimlə yaşayın. “Limuland Əyləncə Mərkəzi”ndəki “Limu Tea” yolunuzu gözləyir!

SHARE