Sale Alxasov Avropa birinciliyində mübarizə apardı

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Milandakı birincilikdə Azərbaycan yığmasının üzvlərindən daha biri – Sale Alxasov da körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 56 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 92 kq-lıq ştanqı üç yanaşmanın heç birində ram edə bilməyib. Təkanla qaldırma hərəkətində Saleh 115 kq-ı qaldıraraq bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Alxasov yekun sıralamada yer tuta bilməyib.

SHARE