Sakinlərimiz zirvələri fəth etməkdə davam edirlər!

“AAAF Park” Yaşayış Kompleksinin sakinləri Azərbaycanın adını dünyada uca tutmaqda davam edirlər. İdmanla sadə həyatın sintezi olan kompleksimizdə çoxlu atletlər yaşayırlar. Onlar yaşlarının çox və ya azlığından asılı olmayaraq “sağlam bədəndə sağlam ruh olar” deyimini hamımıza dəfələrlə sübut edirlər. Bu dəfə də belə olub. Sakinlərimiz həm daxili, həm də beynəlxaql arenada fərqləniblər.

Avqustun 03-10-u tarixlərində İtaliyanın Turin şəhərində Veteran idmançılar arasında VIII Ümumdünya Oyunları keçirilib. Yarışda milli komandamız da geniş heyətlə çıxış edib və uğur qazanıb. İdmançılarımız oyunlarda 2 qızıl,1 gümüş və 2 bürünc medal əldə ediblər. Bu bürünc medallardan birini “AAAF Park” Yaşayış Kompleksinin sakini Aftandil Hümbətli qazanıb. Aftandil Hümbətli – İdman Ustası – Dünya çempionatının gümüş mükafatçısı – (2011 il), Avropa çempionatının qızıl və gümüş mükafatçısıdır (2012, 2013).

Turindəki yarışda 35-39 yaş qrupu üzrə 77 kq çəki dərəcəsində çıxış edən qonşumuz Aftandil Hümbətli, ümumi cəmdə (102+137 kq) 239 kq nəticə ilə bürünc medala layiq görülüb. Gördüyünüz kimi, yaş heç vaxt sədd deyil. Kompleksimizdə idmanla məşğul olmaq üçün bütün şərait yaradılıb. Sadəcə, bunu istəmək və uğur üçün çalışmaq lazımdır. Hümbətlini təbrik edir, qələblərinin davamının gəlməsini arzulayırıq.

Mərkəzi bazası “AAAF Park” Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubu isə zirvələri fəth etməkdə davam edir. Azərbaycan ağır atletikasının şübhəsiz lideri olan klubumuz, rəqibləri üzərindəki aşkar üstünlüyünü bir daha ortaya qoyub.

Avqustun 15-18-də isə Ağır Atletika Akademiyasının idman zalında kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarış aşağıdakı yaş qrupları üzrə keçirilib: kişilər, qadınlar, yeniyetmə oğlanlar (1996 – 1997-ci il təvəllüdlü), yeniyetmə qızlar (1996 – 1997-ci il təvəllüdlü), yeniyetmə oğlanlar (1998 – 2000-ci il təvəllüdlü) və yeniyetmə qızlar (1998 – 2000-ci il təvəllüdlü) arasında. Hər yaş qrupu üzrə qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyənləşdirilib.

Yarışa qatılan 150-yə yaxın idmançının yarıdan çoxu “Zirvə” İdman Klubunun Azərbaycanın bütün bölgələrindən olan atletləri olub. Yaşı 14-dən yuxarı olan gənc ağırllıqqaldıranlardan tutmuş, təcrübəli idmançılara qədər hamı, maraqlı mübarizə nümayiş etdirdilər. “Zirvəçilər” gözlənidliyi kimi medalların az qala hamısını əldə etdilər.

Məsələn, qadınların yarışında legioner idmançılar istisna olmaqla, bütün medallar “Zirvə” İdman Klubunun nümayəndələri tərəfindən qazanıldı. 1996–1997-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında yarışda bürünc medal, 1998-2000-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında yarışda isə hər üç – qızıl, gümüş və bürünc medal bizim kluba qismət oldu.
Kişilərin yarışında isə 19 yaşlı Firudin Quliyev özündən böyük və güclü bütün atletləri üstələyib. O mütləq liderliyini sübut etmək üçün təkanla qaldırma hərəkətində 190 kq-ı ram etməli olub. Bu isə gənclər arasında Avropa rekordunu üstələyən bir rəqəmdir.

Kazan Universiadasının son qalibi olan Quliyev, bu çəkinin də öhdəsindən gələ bildi. Təbii ki, çəki beynəlxalq yarışlarda qaldırılanda rəsmən qeydə alınır. Ancaq bunun Azərbaycan Kubokunda edilməsi, gələcəyə böyük ümidlə baxmaq imkanı verir. Möhtəşəm nəticədir. “AAAF Park” Yaşayış Kompleksinin sakini olan Firudin Quliyevi təbrik edir və ümid edirik ki, uğurlarının davamı daha böyük turnirlərdə gələcək.

[nggallery id=30]

 

Aftandil Hümbətli

[nggallery id=31]

SHARE