Sağlamlıq imkanları məhdud uşaqlar AAAF Parkda əyləndilər

Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 2 saylı xüsusi internat evinin sağlamlıq imkanları məhdud uşaqları və müəllim kollektivi Ramazan bayramı ərəfəsində AAAF Parkda olublar. Qonaqlar əvvəlcə Yaşayış Kompleksini gəziblər. Daha sonra “Limuland” Uşaq Əyləncə Mərkəzinə gələn uşaqlar attraksionlarda doyunca əylənbilər.

2 saylı internat evinin kollektivi uşaqlar üçün yaratdığı gözəl şəraitə görə AAAF Parka təşəkkürlərini bildirdilər.

Əyləncənin davamında qonaqlar üçün “Zirvə” restoranının fontan ətrafı ərazisində süfrə açılıb, onlar müxtəlif təamlardan dadıblar.

SHARE