Artıq 1 ilə yaxındır ki, AAAF Park Yaşayış Kompleksində “Sağlam Yaşam” psixoloji mərkəzi fəaliyyət göstərir. Mərkəz bu müddət ərzində insanlara göstərdiyi keyfiyyətli və peşəkar xidməti ilə xeyli rəğbət qazanıb. Mərkəzdə müxtəlif psixoloji xidmətlər göstərilir. Belə ki, davranış pozuntuları, autizm, mutizm, hiperaktivlik və digər bir çox psixoloji problemlərin müalicəsi mümkündür.
Mərkəzdə pedaqoji xidmətlər də göstərilir. Burada məşğələlər kurikulum üsulu ilə keçirilir.
“Sağlam Yaşam” psixoloji mərkəzdə loqopedik xidmətlər, rəssamlıq, o cümlədən manual terapiya da həyata keçirilir. Manual –terapevt Oqtay Şəfioğlu AAAF TV-yə müsahibəsində göstərilən xidmətdən danışdı, o həmçinin hansı növ xəstələrin müraciət etdiyinə də diqqət çəkdi.
AAAF Parkın nəzdində fəaliyyət göstərən bu mərkəz həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. “Sağlam Yaşam”ın peşəkar işçi heyətinin göstərdiyi xidmətlərlə bir sıra xəstəliklərin effektiv müalicəsinə və həmin xəstəliklərdən birbaşa qurtulmağa nail olmaq mümkündür.