7 aprel Ümumdünya Sağlamlıq günüdür. 1948-ci ildə Birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək məqsədilə bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Ümumdünya Sağlamlıq günü 1950-ci ildən başlayaraq hər il aprelin 7-də qeyd edilir.
“Sağlam Ailə” Tibb Mərkəzinin AAAF Parkda fəaliyyət göstərən filialının əməkdaşları bu gün münasibətilə bütün səhiyyə işçilərini təbrik etdi, o cümlədən hər kəsə sağlam dolu günlər arzu etdi.
Həkim-pediatr Məhsətixanım Əfəndizadə AAAF TV-yə müsahibəsi zamanı onu da bildirdi ki, Ümumdünya Sağlamlıq günü ilə bağlı “Sağlam Ailə” Tibb Mərkəzi aksiyaya da başlayıb.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyətə başlayan “Sağlam Ailə” Tibb Mərkəzinin Sumqayıtdan sonra ikinci ən böyük filialı məhz AAAF Parkda tikilib. Bu mərkəzdə həm laborator, həm də poliklinik xidmətlər göstərilir.