“Sağlam Ailə” Tibb Mərkəzi aksiyanın müddətini uzatdı

Xəbər verdiyimiz kimi, “Sağlam Ailə” Tibb Mərkəzinin AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən Xırdalan filialında aprelin ayının 7-dən etibarən həkim müayinələri pulsuz təşkil olunur  və bu aksiya may ayının 7-dək davam edəcəkdi. Amma çoxsaylı sakinlərin müaricəti əsasında aksiyanın müddəti may ayının sonunadək uzadılıb. Bu barədə “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli AAAF TV-yə müsahibəsində ətraflı məlumat verdi.

Mart ayının 17-dən etibarən AAAF Parkda fəaliyyətə başlayan “Sağlam Ailə” Tibb Mərkəzinin Xırdalan filialına qısa zaman ərzində müraciət edənlərin sayı kifayət qədərdir. Onlar mərkəzə getmədən elə bu filialda da eyni xidməti almaq imkanına malik olurlar.

2003-cü ildən fəaliyyətə başlayan “Sağlam Ailə” Tibb Mərkəzi respublikamızın uğurla inkişaf edən tibb müəssisəsi kimi tanınır. Burada laborator və poliklinik xidmətlər göstərilir. Yüksək səviyyəli mütəxəssislərin çalışdığı tibb mərkəzi böyük nüfuz və etibara malikdir.

SHARE