Rəqs kurslarımızda yeniliklər!

“AAAF Park Yaşayış Kompleksi”nin sizə təqdim etdiyi xidmətlərin arasında daha biri var. Artıq bir neçə vaxtdır hər biriniz milli rəqslərimizi öyrənmək şansını əldə edirsiniz.

Azərbaycanın milli rəqsləri, toy rəqsləri, vals, bəy və gəlinin toya hazırlıq rəqslərini öyrənmək istəyirsinizsə, müəllimlərimizin xidmətindən yararlana bilərsiniz. İstəyinizə uyğun olaraq, bəzi digər rəqslər də fərdi şəkildə keçilə bilər.

Dərsləri Bəxtiyar Aslanov və Kazım Bağırov hər həftənin 2, 4 və 6-cı günləri, axşam saat 18.00-da, Kompleksimizin “Gimnastika Zalı”nda keçirlər. Aylıq ödəniş 20 manatdır.

Əlavə məlumat üçün aşağıdakı nömrələrə müraciət edə bilərsiniz:

(055) 711 – 65 – 16
(050) 643 – 00 – 55

SHARE