Rəqs kurslarımız fəaliyyətə başladı

“AAAF Park Yaşayış Kompleksi”nin sizə təqdim etdiyi xidmətlərin arasında daha biri əlavə olundu. Bugündən etibarən hər biriniz milli rəqslərimizi öyrənmək şansını əldə edirsiniz.

Azərbaycanın milli rəqsləri, toy rəqsləri, vals, bəy və gəlinin toya hazırlıq rəqslərini öyrənmək istəyirsinizsə, müəllimlərimizin xidmətindən yararlana bilərsiniz. Dərsləri Bəxtiyar Aslanov və Kazım Bağırov hər həftənin 2, 4 və 6-cı günləri, axşam saat 18.00-da, Kompleksimizin “Gimnastika Zalı”nda keçirlər. Aylıq ödəniş 20 manatdır.

Əlavə məlumat üçün aşağıdakı nömrələrə müraciət edə bilərsiniz:

(050) 711 – 65 – 16
(055) 643 – 00 – 55

SHARE