Razaman Bayramınız Mübarək!

AAF Park Yaşayış Kompleksİ hər kəsİ müqəddəs Ramazan bayramı münasİbəti İlə təbrİk edİr.

Müqəddəs “Qurani-Kərim”in nazil olduğu bu ayda insanlar Allah qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir. Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır.

Hər şeyə qadir olan Allah, bizləri doğru yoldan və sevdiklərimizden ayırmasın! Ürəyində Allah sevgisi olan hər bir mömin bacı-qardaşımızı təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayırıq.

Allahdan etdiyiniz duaların, tutduğunuz orucun və qıldığınız namazlar qəbul olsun!

Ramazan Bayramınız Mübarək!

SHARE