“Qurman” mətbəx verilişi AAAF TV-də görüşünüzə gəlir!

Getdikcə böyük populyarlıq qazanan AAAF TV öz izləyicilərinə yeni verilişlər təqdim etməkdədir. Bütün sahələri əhatə etməyə çalışan televiziyamızda daha bir layihə “Qurman”dır.

Bu mətbəx verilişində hər həftə sizə müxtəlif ləziz təamların hazırlanma qaydası təqdim olunacaq, xanımlarımıza öz yemək və bacarıq siyahısını genişləndirmək imkanı veriləcək. Təcrübəli aşpaz Zaur Qasımovun təqdimatında hər bazar ertəsi saat 12:00-da, təkrarı isə hər çərşənbə 14:30-da baxa biləcəyiniz veriliş çox maraqlı və səmərəli olacaq.
Hamınızı “Qurman” izləməyə, Qurman olmağa dəvət edirik!

SHARE