Qasım İsmayılov bütün rəqiblərini üstələdi

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilir.

7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə ikinci yarış günündə oğlanlar 50 kq çəki dərəcəsində mübarizə aparıblar.

Qazax atleti Qasım İsmayılov toplam 157 kq (67+90) nəticə ilə bütün rəqiblərini üstələyərək qalib adına layiq görülüb. Gürcüstanlı Arçil Okropiridze 140 kq (62+78) nəticə ilə gümüş, Lənkəran atleti Tofiq Qurbanov isə 134 kq (58+76) nəticə ilə bürünc medal qazanıb.

50 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. İsmayılov Qasım 2005 Qazax Zirvə 48.8 67 90 157
2. Okropiridze Archil 2005 Gürcüstan Zirvə 49.5 62 78 140
3. Qurbanov Tofiq 2005 Lənkəran Zirvə 49.1 58 76 134
4. Məmmədov Haciağa 2007 Lənkəran Zirvə 49.8 59 69 128
5. Qədimov Fuad 2005 Sumqayıt Zirvə 47.9 52 70 122
6. Osmanov Əmrah 2005 Qazax Zirvə 49.9 50 67 117
7. Məmmədov Akşın 2005 Yevlax Zirvə 48.1 53 60 113
8. Hacıyev Məhəmməd 2005 Sumqayıt Zirvə 49.5 52 60 112
9. Quluzadə Fərman 2005 Goranboy UGİM 49.4 50 60 110
10. Şükürov Rabil 2005 Lənkəran Zirvə 49.6 43 65 108
11. Əmirov Ramil 2005 Lənkəran Təhsil 49.7 43 55 98
12. Rəsulzadə Mirzəbaba 2008 Bakı Təhsil 48.0 43 55 98

 

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

SHARE