Qarderobdan qənaətli şəkildə istifadə qaydaları

Xanımlar günün müəyyən hissəsini qarderob qarşısında keçirir və statistik göstəricilərə əsasən hər qarderobda minimum 25-ə yaxın geyim olur və bu geyimlərdən ən az ikisi etiketlidir. Xanımlar isə həmişə deyir: “Geyinməyə heç nəyim yoxdur”. Siz də belə düşünürsünüzsə, diqqətiniz bizdə olsun. Ay ərzində istifadə üçün altı dəst geyim seçin. Bir ay müddətində yalnız bu geyimləri geyinin, təbii ki, müxtəlif aksesuar və ayaqqabı – çanta seçimində azadsınız. Qarderobunuzu yığmazdan əvvəl hansı tərzin sizə uyğun olduğuna qərar verin. Bir tərziniz olsa, həm vaxt, həm də büdcə baxımından qənaət etmiş olarsınız. Digər tərəfdən geyim axtarışına çıxdıqda planlı şəkildə hərəkət edin. Seçdiyiniz geyimin ömrü, qarderobunuza və tərzinizə uyğunluğunu götür-qoy edin. Məsələn, prinsiplərinizi dəqiqləşdirin, özünüzə uyğun olan rəng, forma, tərz axtarışına çıxın. Ən çətini isə təxəyyülünüzdən müəyyən detallar əlavə edərək kombinlər yaratmaqdır. Bu isə sizin öhdənizə düşür.

SHARE